28 sentyabr 2021 16:46
383

Komandanın lideri Messi yox, Mbappedir

Fransa millisinin və PSJ-nin sabiq futbolçusu Nikolya Anelka klubun oyunçusu Kilian Mbappe haqda danışıb.

"İki sahil" "Le Parisien"ə istinadən xəbər verir ki, onun fikrincə, komandanın hücumdakı lideri Lionel Messi yox, Mbappedir: "Mbappe bir nömrəli olduğu üçün Paris klubunun hücumuna rəhbərlik etməlidir. Messi "Barselona"da bu statusa sahib idi, amma indi Mbappeyə xidmət etməlidir. Kilian beş ildir ki, bu klubdadır və Messi ona hörmət etməlidir" - deyə sabiq futbolçu bildirib.

Xatırladaq ki, Messi avqustda PSJ ilə 2+1 illik müqavilə imzalayıb.