28 sentyabr 2021 16:34
385

Zədələnən Dibala milliyə çağırıldı

“Yuventus”un futbolçusu Paulo Dibala zədəli olmasına baxmayaraq, Argentina millisinə çağırılıb. 

“İki sahil” xəbər verir ki, bu barədə Argentina Futbol Federasiyasının saytı məlumat yayıb. 27 yaşlı hücumçunun adı millinin oktyabr ayında DÇ-2022-nin seçmə mərhələsində keçirəcəyi oyunlar üçün iştirak ərizəsinə daxil edilib.

Xatırladaq ki, Dibala A seriyasının 6-cı turunda “Sampdoriya” ilə matçda (3:2) zədələnib və meydanı göz yaşları ilə tərk edib.

Qeyd edək ki, Argentina yığması oktyabrın 8-i Paraqvay, 11-i Uruqvay, 15-i isə Peru ilə qarşılaşacaq.