28 sentyabr 2021 16:01
361

“Azərişıq” Şuşadakı əhali abunəçilərinin sayını açıqlayıb

“Hazırda “Azərişıq” ASC-nin Şuşada 100-dən çox əhali abunəçisi var”.

“İki sahil” xəbər verir ki, bunu “Report”a açıqlamasında qurumun “ASAN Xidmət”lə iş və Elektron İdarəetmə Departamentinin direktor müavini İsa İsazadə bildirib.

“Səhmdar cəmiyyəti işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Şuşa şəhərində əhali qrupuna aid abunəçi kodlarını aktivləşdirib. Bu ilin iyun ayından Şuşada yeni əhali qrupu abunəçilərinin qeydiyyatına başlamışıq. Bu qrup abunəçi kodları da 15 simvoldan ibarətdir”, - deyə o, qeyd edib.