28 sentyabr 2021 14:58
359

“Qalatasaray” Luyindama ilə bağlı qərarı dəyişdi

“Qalatasaray” futbolçusu Kristian Luyindama ilə yolları ayıra bilər. 

"İki sahil" “Sabah”a istinadən xəbər verir ki, İstanbul təmsilçisi 27 yaşlı müdafiəçi ilə müqaviləni yeniləməklə bağlı danışıqları dayandırıb. Klubun bu qərara gəlməsində Luyindamanın qeyri-stabil çıxışı əsas rol oynayıb. 

Qeyd edək ki, Luyindamanın “Qalatasaray” ilə hazırkı sözləşməsi bu mövsümün sonuna qədərdir.