28 sentyabr 2021 14:55
346

Samuel Eto'onun oğlu Portuqaliya klubunda

Kamerun millisinin sabiq hücumçusu Samuel Eto'onun oğlu Etienne Eto'o Portuqaliyanın "Vitoriya Qimaraynş" klubu ilə müqavilə imzalayıb.

“İki sahil” xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 19 yaşlı oyunçu U-23 komandasında oynayacaq.

Qeyd edək ki, Samuel Eto'o karyerasını 2019-cu ildə başa vurub. O, karyerası ərzində "Real", "Barselona", "Çelsi", "İnter" kimi klublarda  çıxış edib.