28 sentyabr 2021 13:35
461

Radio ilə bağlı bunları bilirdiniz?

19 -cu əsrin sonunda radio dalğalarının mövcudluğu fikri bir çox elm adamının ağlına gəldi, buna görə də, demək olar ki, hər bir dövlətin öz radio ixtiraçısına sahib olması təəccüblü deyil. Rusiyada Aleksandr Popov 7 may 1895 -ci ildə öz radio qəbuledicisinin işini nümayiş etdirmişdi.

Tarixin ilk radioqramında yalnız iki söz var idi: "Heinrich Hertz". 1896 -cı ildə Aleksandr Popov tərəfindən göndərilmişdi.

Eyfel Qülləsi "həyatını" radioya borcludur. Qüllə 1889-cu ildə Dünya Sərgisi üçün inşa edilmişdi. 20 ildən sonra sökülməsi planlaşdırılırdı. Ancaq radio açılanda daha geniş diapazon və siqnal gücü üçün antenlərin Eyfel qülləsində quraşdırılmasına qərar verildi. Bu, Parisin indiki simvolunu xilas etdi.

1938 -ci ildə Herbert Uelsin “Dünyaların Savaşı”əsərinin motivləri  əsasında hazırlanan ilk  radio tamaşası ABŞ -ın bəzi şəhərlərində çaxnaşmaya səbəb olmuşdu. Bir çoxları marslıların Yer kürəsinə hücum edərək Ağ Evi yandırdıqları barədə eşitdikdə əsl xəbərləri dinlədiklərini düşünmüşdülər. Hökumət və xəbər xidmətlərinin telefonlarına gələn zənglərin sayı-hesabı yox idi.

 İkinci Dünya Müharibəsi zamanı Amerika ordusu radio mesajlarını şifrələmək üçün bask dilindən istifadə edirdi. Bu dil Avropada yayılmadığı üçün Hitler koalisiyası ölkələrindən olan radio operatorlarının bu cür mesajları deşifrə etməsi inanılmaz dərəcədə çətin idi.

1966 -cı ildə Texasdakı KLUE radiostansiyası Con Lennonun “The Beatles” musiqi qrupunun İsa Məsihdən daha populyar olduğunu elan etməsindən qəzəbləndi. Qrupun radioda olan bütün səsyazmaları silindi, qeydləri yandırıldı. Bir gün sonra isə stansiyanın yerləşdiyi binaya ildırım düşmüşdü.

1 aprel 1976 -cı ildə radioda danışılan bir zarafat İngiltərədə qəzəbə səbəb olmuşdu. Radio aparıcısı, Plutonun Veneranın yanından keçməsi səbəbiylə planetimizdə cazibə qüvvəsinin azalacağını və 9:47 də tullansanız çəkisizlik hiss ediləcəyini söyləmişdi. Xəbərdən  məyus olanların qəzəbli zənglərinin ardı-arası kəsilmirdi.

 İlk internet-radiostansiya "Internet Talk Radio”1993-cü ildə açıldı. Xatırladaq ki, internet-radioda musiqilərə və rubrikalara onlayn qulaq asmaq mümkündür.
Viroloq Lyuk Montagnier 2009 -cu ildə bakteriyaların radio dalğaları vasitəsi ilə qarşılıqlı təsir edə biləcəyi nəzəriyyəsini irəli sürmüşdü.

 ABŞ –ın heç bir dövlət radiostansiyası 2013 -cü ilə qədər öz ölkəsində yayımlana bilməzdi. Buna səbəb vətəndaşların hər növ təbliğat və propaqandadan qorunması haqqında hökumətin qərarı olmuşdu.

Nubar Süleymanova, “İki sahil”