23 sentyabr 2021 22:28
496

Heyvanların koronavirusa görə vaksinasiyasına başlanılıb

ABŞ-ın şimal-şərqində yerləşən Yeni İngiltərə zooparklarındakı heyvanların koronavirusa qarşı peyvənd olunmasına başlanılıb.

“İki sahil” xəbər verir ki, ərazidə bir dənə də olsun koronaviruslu heyvan müşahidə edilməyib, ancaq qurumun rəhbərliyi onları profilaktik olaraq "Zoetis" şirkətinin vaksini ilə peyvəndləməyə qərar verib. Zooparkdan bildirilib ki, peyvənddən sonra heyvanların vaksinə qarşı istənilən reaksiyasını izləyəcəklər.

Risk qrupuna daxil olan heyvanların tam peyvəndlənməsi üç-dörd həftə çəkəcək.