KÖŞƏ

Zahid Rza

Militarist Ermənistanın cinayətkar əməlləri cavabsız qalmayacaq

23 sentyabr 2021 01:15
915

2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixi Zəfəri ilə başa çatdı. Müzəffər Ali Baş Komandan, qətiyyətli sərkərdə İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz möhtəşəm qələbəsi ilə tarixi torpaqlarımızı azad etməklə yanaşı, həm də barbar ermənilərin əsl simasını ortaya qoydu. Bütün dünya işğaldan azad edilmiş ərazilərdə ağlasığmaz erməni vandalizminin şahidi oldu. Beynəlxalq ictimaiyyət ilk dəfə yox edilmiş şəhər və kəndlərə, dağıdılmış qəbiristanlıqlara, təhqir edilmiş məscidlərə şahidlik etdi. Belə ki, müasir hərbi silahlarla bərabər, həm də təpədən dırnağa qədər nasizm, faşist ideologiyası ilə silahlanan Ermənistan ordusu 30 ilə yaxın müddətdə işğal altında saxladığı əraziləri talayıb, dağıdıb və məhv edib.

Prezident İlham Əliyev Qarabağa növbəti səfərlərinin birində düşməndən təmizlənmiş ərazilərdəki müşahidələrini belə ifadə etmişdi: “Yol boyunca düşmənin dağıtdığı kəndləri görərkən bir daha şahidi oluruq ki, biz hansı vəhşi düşmənlə üz-üzəyik. Bunları gördükcə bir daha adam əmin olur ki, biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, biz yırtıcı düşməni məhv etmişik. Dünyada bir çox müharibələr olub, bu gün də gedir. Bu gün də bəzi yerlərdə işğal davam edir. Amma inanmıram ki, kimsə bu qədər qəddar, bu qədər qeyri-insani bir düşmənlə üz-üzə qalsın”.

Təcavüzkar Ermənistanın 28 illik işğalı dövründə Qarabağda bütün yaşayış məntəqələri dağıdılıb, dünya mədəni irsinin qiymətli nümunələri olan tarixi abidələr, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmiş, bölgənin zəngin flora və faunası barbarcasına məhv edilib. Həmçinin mineral xammal ehtiyatları vəhşicəsinə istismar olunub. Bu ərazilərdə ötən əsrin 90-cı illərinədək 167 faydalı qazıntı yatağı kəşf edilərək dövlət balansında qeydiyyata alınıb. 30 ilə yaxın dövr ərzində qızıl, gümüş, mis, civə kimi filiz yataqları, müxtəlif tikinti materialları, yeraltı şirin su və termal-mineral su yataqları olmaqla, dəyəri milyardlarla qiymətləndirilən 52 yataq istismar olunaraq talan edilib. Bundan başqa, Azərbaycan ilə Ermənistan arasında yerləşən 4 əsas transsərhəd çay- Araz çayı, Bəsitçay, Bərgüşadçay və Oxçuçayın ekoloji nəzarətdən kənarda qalması nəticəsində uzun illər çay hövzələrinin vəziyyəti haqqında dəqiq məlumatların əldə edilməsi mümkün olmayıb. Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib ki, aparılan monitorinqlərin nəticələrinə əsasən, bu çayların ağır metallarla ifrat dərəcədə çirkləndirildiyi müəyyən edilib. Xüsusilə, Oxçuçay Ermənistan ərazisində yerləşən Zəngəzur mis-molibden və Qafan mis filizsaflaşdırma kombinatlarının təmizlənməmiş istehsalat suları, eləcə də Qafan və Qacaran şəhərlərində formalaşan məişət-çirkab suları ilə davamlı olaraq çirkləndirilir. Hazırda çayın yatağı ekoloji fəlakət zonasına çevrilib: “Oxçuçayın kəskin çirkləndirilməsi fauna növlərinin də kütləvi məhv olmasına səbəb olub. Bununla yanaşı, işğal dövründə Sərsəng su anbarına texniki xidmət göstərilmədiyindən ətraf ərazilərdə yaşayan 40 000 nəfər əhali üçün potensial təhlükə mənbəyi olub. Suyun ərazinin mövsümi ehtiyacları nəzərə alınmadan, qış aylarında verilməsi nəticəsində yaşayış məntəqələri, kənd təsərrüfatı sahələri, kommunikasiya xətləri su altında qalıb. İsti yay mövsümündə isə suyun qat-qat az miqdarda verilməsi kəskin su qıtlığı yaradıb və əkin sahələrinin suvarılmasında ciddi problemlər yaşanıb.”

Şübhəsiz, militarist Ermənistanın bu cinayətkar əməlləri cavabsız qalmayacaq. İnsanlığın üz qarası olan ermənilər bu vəhşiliyə görə beynəlxalq məhkəmələr qarşısında cavab verməli olacaqlar. İşğalçıya qarşı təzminat davası açılacaq. Ermənistan 30 illik işğal dövründə törətdiyi bütün cinayət əməllərinə, dağıntı və talana görə də ədalət mühakiməsi qarşısında cavab verəcək, tezliklə haqq-ədalət öz yerini tutacaq. Artıq bu istiqamətdə zəruri addımlar atılır. Əsas məqsəd odur ki, Ermənistanın törətdiyi müharibə cinayətləri beynəlxalq səviyyədə hüquqi cəhətdən dəqiq qiymətini alsın və təcavüzkar ölkə ədalətli mühakimə olunsun. Bu, gec-taz baş tutacaq. Çünki Azərbaycan haqq işi uğurnda mübarizəsindən heç zaman dönməyəcək.

Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?