27 iyul 2021 13:02
461

NATO Baş katibi və Əfqanıstan Prezidenti arasında telefon danışığı olub

NATO Baş katibi Yens Stoltenberq və Əfqanıstan Prezidenti Əşrəf Qani arasında telefon danışığı olub.

“İki sahil” xəbər verir ki, bu barədə Yens Stoltenberq "Twitter"də bildirib.

"Əfqanıstanda təhlükəsizliklə bağlı vəziyyət olduqca narahatedicidir və danışıqlar yolu ilə həll tələb edir. NATO, Əfqanıstana dəstək verməyə davam edəcək, bura maliyyə, mülki mövcudluğun saxlanılması və ölkə xaricində təlimlər də daxildir", - deyə NATO Baş katibi qeyd edib.