27 iyul 2021 12:13
463

Əfqanıstan ordusunun helikopteri vuruldu

“Taliban” radikal hərəkatı Gilmend əyalətində Əfqanıstan Hərbi Hava Qüvvələrinə məxsus helikopteri vurduğunu açıqlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Zabiulla Mucahid Tvitterdə bildirib.

"Hərəkat üzvləri Gilmend əyalətindəki Nad-e Əli bölgəsi yaxınlığında düşmənin hərbi helikopterini vurdu. Həmçinin, Nad-e Əli bölgəsinin mərkəzi və polis rəisi ələ keçirilib", - Mucahid qeyd edib.

Taliblər hücumlarda çox sayda əfqanın öldüyünü və yaralandığını, silah və sursat ələ keçirdiklərini də iddia edirlər.

"Pajvak" agentliyi isə Əfqanıstan ordusuna istinadən helikopterin təcili eniş etdiyini yazıb. Məlumata görə, helikopter "Taliban" yaraqlılarına qarşı əməliyyat zamanı ehtimal ki, texniki səbəblərdən sərt eniş edib.

Bundan əvvəl Əfqanıstan ordusu “Taliban”a qarşı əməliyyat həyata keçirməsi və 187 silahlının məhv edilməsi barədə məlumat yayıb.