27 iyul 2021 11:30
503

Məşhur tennisçi mübarizəni erkən dayandırdı

Yaponiyalı qadın tennisçi Naomi Osaka Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb.

“İki sahil” xəbər verir ki, dünya sıralamasında ikinci pillədə qərarlaşan idmançı 1/8 finalda çexiyalı Marketa Vondrouşovaya 2:0 (6:1, 6:4) hesabı ilə uduzub.

Qeyd edək ki, Naomi Osaka Tokio-2020-nin açılış mərasimində olimpiya məşəlini yandırıb. Marketa Vondrouşova dünya reytinqində 44-cü sıradadır.