12 aprel 2021 10:44
774

Bakıda 48 minə yaxın sərnişinə xidmət edəcək müntəzəm marşrut xətti açılıb 

Bu gündən 48 minə yaxın əhali Q1 müntəzəm marşrut xətti ilə daşınır.

Bu barədə "İki sahil"ə Bakı Nəqliyyat Agentliyindən bildiriblər.

Qeyd olunub ki, artıq həftənin ilk iş günündən 48 minə yaxın əhalinin yaşadığı Pirallahı, Zirə, Türkan və Qala qəsəbəsi sakinlərinin "Koroğlu" NMM və əks istiqamətdə rahat və təhlükəsiz şəkildə daşınması Q1 müntəzəm marşrut xətti ilə həyata keçirilir.