07 aprel 2021 16:54
433

Vüsal Mehdiyev: Vətən müharibəsinin qazisi olmağımla fəxr edirəm - VİDEO

Vətən müharibəsində Suqovuşan döyüşlərində iştirak edən qazi Vüsal Mehdiyev “İki sahil”ə müsahibə verib.

Vətən müdafiəsində sağ qolunu itirən Vüsal qazi olmağı ilə fəxr etdiyini bildirib: “Uşaqlıqdan arzum olub ki, torpaqlarımız işğaldan azad olunsun və mən də bu azadlıq müharibəsində iştirak edim, Qarabağın düşməndən geri alınmasında pay sahibi olum. Allaha şükürlər olsun ki, bu arzum yerinə yetdi, tarixi torpaqlarımız işğaldan azad edildi. Sağ olsun ki, cənab Prezidentimiz İlham Əliyev əks-hücum əmri verərək bizlər üçün belə bir şərait yaratdı. Məhz Ali Baş Komandanımızın həyata keçirdiyi siyasət nəticəsində qüdrətli ordumuz düşmənə diz çökdürdü. Döyüşlərdə iştirak edərək torpaqlarımızın azadlığı uğrunda qazi olmağımla fərx edirəm”.

Taleh Bağırov, “İki sahil”