07 aprel 2021 16:48
355

Azər Zeynalov əməliyyat olunub

Xalq artisti Azər Zeynalov açıq ürək əməliyyatı olunub.

“İki sahil” xəbər verir ki, bu barədə müğənninin həyat yoldaşı məlumat verib: “Azər müəllim martın 10-da infarkt keçirdi. Növbəti gün Bakıdakı özəl klinikaların birində ürəyinə müvəqqəti stend qoyuldu və əməliyyat məsləhət görüldü. Əməliyyata üç həftə hazırlıq işləri görüldü, analizlər verdi. Aprelin 2-si açıq ürək əməliyyatı oldu, 4 damarını dəyişdilər. Hazırda xəstəxanada müalicəsi davam edir. Evə nə vaxt buraxılacağı məlum deyil”.