18 iyun 2019 14:25
377

2050-ci ildə planetimizdə nə qədər insan yaşayacaq?

BMT-nin hesabatında 30 il sonra planetimizdə nə qədər insan yaşayacağına dair məlumatlar yer alıb.

“Ölkə.Az” xəbər verir ki, hesabata əsasən, 2050-ci ildə planet sakinlərinin sayı 2 milyard artaraq 9.7 milyarda çatacaq. Demoqrafik artım tempi regionlara görə bir-birindən kəskin fərqlənəcək.

“Dünya əhalisi yaxın 30 il ərzində 2 milyard artacaq. Hazırda 7.7 milyard insan yaşayır. 2050-ci ildə bu rəqəm 9.7 milyard olacaq”, - məlumatda belə deyilir.

Bununla yanaşı, yüzilliyin sonunda planetimizdə əhali sayı 11 milyarda çatacaq. Proqnozlaşdırılan əhali artımının yarıdan çoxu Hindistan, Nigeriya, Pakistan, Konqo, Efiopiya, Tanzaniya, İndoneziya, Misir və ABŞ-ın payına düşəcək.

Bundan başqa proqnozlara əsasən, 8 il sonra Hindistan əhali sıxlığına görə Çini ötəcək.