09 mart 2021 03:05
592

UEFA millimizin Qətərlə matçının yerini dəyişdirdi

Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsində Qətərlə səfər matçı Avstriyanın paytaxtı Vyanada keçirilməyəcək.

"İki sahil" xəbər verir ki, bu barədə "Report" məlumat yayıb.

Bildirilib ki, koronavirus pandemiyasının səbəb olduğu səyahət məhdudiyyətlərinə görə görüşün yeri dəyişdirilib.

Qitə futbol qurumu qarşılaşmanın Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionunda oynanılmasına qərar verib.

Qeyd edək ki, martın 27-də gerçəkləşəcək Qətər - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 24:00-da başlayacaq.