08 mart 2021 18:54
622

Azarkeşlər Mbappeni almaq üçün pul yığır: 250 milyon toplanmalıdır

"Liverpul"un azarkeşləri PSJ-nin futbolçusu Kilian Mbappenin transferi üçün pul yığırlar.

“İki sahil” Britaniya mətbuatına istinadən xəbər verir ki, fanatlar təxminən 250 milyon funt sterlinq toplamağı planlaşdırır.

Azarkeşlər pulu "GoFoundMe" portalı vasitəsi ilə yığırlar. İndiyədək cəmi 2300 sterlinq toplanılıb.

Qeyd edək ki, Mbappenin transfer dəyəri 180 milyon avrodur.