08 mart 2021 12:57
612

İcra başçısı: İnsanların yaşadığı ərazilərdə aktivləşmə qeydə alınmayıb VİDEO

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov Badamdarda baş verən sürüşmə ilə bağlı açıqlama verib.

“İki sahil” xəbər verir ki, icra başçısı bildirib ki, martın 8-də səhər saatlarında ərazidə sürüşmə baş verib.

“Bizim üçün ən əsası odur ki, insanların yaşadığı ərazilərdə aktivləşmə qeydə alınmayıb. Digər məsələlərlə bağlı isə işlər gedir, Fövqəladə Hallar Nazirliyi tərəfindən aktiv iş aparılır”,-deyə V.Zeynalov əlavə edib.