08 mart 2021 12:39
604

Xocavənddə silah-sursat aşkar edilib

Vətən müharibəsində işğaldan azad olunmuş torpaqlarımızda sarsıdıcı məğlubiyyətə uğramış Ermənistan ordusunun atıb qaçdığı silah-sursatın aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.

“İki sahil” xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları aidiyyəti qurumların təmsilçiləri ilə birlikdə partladıcı vasitələrin, silah-sursatın aşkar edilməsi və istifadəyə yararsız olanların zərərsizləşdirilməsi məqsədi ilə xidməti ərazidə müntəzəm reydlər aparırlar.

Növbəti belə tədbir zamanı RPŞ əməkdaşları tərəfindən erməni hərbçilərin ataraq qaçdığı 2 ədəd “Foqot” qurğusu, 35 ədəd müxtəlif növ qumbara, 171 ədəd müxtəlif növ mərmi, 8050 ədəd müxtəlif çaplı patron, avtomat üçün sandıqlar və digər döyüş sursatları aşkar edilərək götürülüb.