08 mart 2021 10:22
615

Jurnalistin kamerasını oğurladılar

ABŞ-ın San-Fransisko şəhərində olan reportyor Don Ford avtomobil soyğunçuluğu ilə bağlı reportaj hazırlayan zaman kamerası oğurlanıb.

“İki sahil" xəbər verir ki, bu barədə “Daily Mail” nəşri yazıb. Ford oğurluqla bağlı mümkün şahidlərdən müsahibə alan zaman avtomobil onun yanında dayanıb. Naməlum şəxslər jurnalistə tapança göstərərək kameranı tələb ediblər. Daha sonra Ford tvitter hesabında: “Həyatımı hər cür avadanlıqdan daha bahalı qiymətləndirirəm”-deyə, yazıb.