07 mart 2021 20:49
678

Salahla Kloppun arasında narazılıq yaranıb

"Liverpul"un futbolçusu Məhəmməd Salah klubdan gedə bilər.

“İki sahil” xəbər verir ki, 28 yaşlı hücumçu ilə baş məşqçi Yurgen Kloppun arasında münasibətlər yaxşı deyil. Almaniyalı mütəxəssis Premyer Liqanın son turunda "Çelsi" ilə matçda da futbolçunu 61-ci dəqiqədə əvəzləyib. Bu, nəinki Salahın, azarkeşlərin də narazılığına səbəb olub.

Misirli oyunçu ilə "Barselona" və "Bavariya" da yaxından maraqlanır.