07 mart 2021 18:42
657

ABŞ-da daha 58 411 nəfər yeni yoluxma

Ötən sutka ərzində ABŞ-da 58 411 nəfər yeni növ koronavirusa (COVİD-19) yoluxub. 

“İki sahil” xəbər verir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb. 

Sutka ərzində 1 485 nəfər koronavirusdan vəfat edib. 

Beləliklə, ABŞ-da indiyə qədər COVİD-19-a yoluxanların sayı 28 953 171 nəfərə, ölənlərin sayı 524 362 nəfərə çatıb.