07 mart 2021 13:09
691

Rusiyada COVID-19-dan ölənlərin sayı 90 min nəfərə çatır

Rusiyada son sutka ərzində daha 10 595 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 4 322 776 nəfərə çatıb.

Son sutka ərzində 368 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 89 094 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü sıradadır.