04 mart 2021 15:57
766

Ramos "Atalanta"ya qarşı oynayacaq?

"Real"ın müdafiəçisi Serxio Ramos Çempionlar Liqasının 1/8 final mərhələsinin "Atalanta"ya qarşı cavab oyunu üçün heyətə qayıda bilər.

"İki sahil" xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb. Hazırda ispan futbolçunun zədəsini sağaltmağa davam etdiyi bildirilib.

Qeyd edək ki, İtaliya klubuna qarşı cavab oyunu 16 martda keçiriləcək. Bu komandalar arasında ilk matçda "Real" 1:0 hesabı ilə qalib gəlib.