04 mart 2021 14:46
882

Ucsuz-bucaqsız bir yer -  Sibir/FOTO

Ural dağlarından Sakit Okeana qədər geniş bir ərazini əhatə edən Sibir, türklərin tarix səhnəsinə ilk çıxdığı yerlər olaraq da bilinir.

“İki sahil” xəbər verir ki, zəngin yeraltı ehtiyatları sayəsində bu gün Rusiya iqtisadiyyatında böyük əhəmiyyət kəsb edən Sibir 13 milyon kvadrat kilometr ərazini əhatə edir. Dünyanın ən sərt qış fəsilinin keçdiyi bölgələrdən biri olan Sibir təbii gözəllikləri ilə heyranedici bir görünüşə sahibdir. Bura ərazisinə görə Rusiyadan sonra ikinci yeri tutan Kanadanın ümumi ərazisindən böyükdür. Başqa sözlə təkcə Sibir bütün Avropa qitəsindən daha geniş bir sahəni əhatə edir. Tarixən Baykal gölü və ətraf əraziləri əhatə edən bu torpaqlar türklərin yaşadığı ilk yerlər olaraq bilinir. Bu bölgə Çin mənbələrində və müxtəlif elmi araşdırmalarda türklərin əcdadlarının yaşadığı meşəlik ərazilər kimi tanınır. İlk Türklər tarixən buradan Çinin, Orta Asiyanın və Avropanın daxilinə doğru yayılıblar. Bu gün Novosibirsk təxminən 30 milyon insanın yaşadığı Sibirdəki ən əhəmiyyətli şəhərdir. Ob çayının sahilində yerləşən Novosibirsk Rusiyanın Moskva və  Sankt-Peterburqdan sonra üçüncü ən sıx şəhərdir. Şəhərin əhalisi iki milyona yaxındır. 1893-cü ildə qurulan bu şəhər eyni zamanda Trans- Sibir dəmir yolunun əhəmiyyətli dayanacaqlarından biridir.

Burada orta temperaturun sıfır dərəcəni keçmədiyi uzun qış fəsilində temperatur mənfi 40 dərəcə olur. Hətta bu dərəcələr bəzən daha soyuq səviyyələrə enir. Burada eyni zamanda dünyanın ən sıx meşə sahələri də var. Şimalda incə yarpaqlı ağacların tez-tez göründüyü bölgədə, cənuba doğru geniş yarpaqlı ağaclar üstünlük təşkil edir. Deyilənlərin əksinə olaraq, Sibirin böyük bir hissəsi şiddətli qardan çox dondurucu temperatura malikdir. Xüsusilə Şimal Buzlu Okeanı, çaylar və gölləri bu geniş ərazinin ilin böyük bir hissəsi dondurucu hava şərtləri səbəbindən buz bağlayır.

Avropa ilə Asiyanı ayıran Ural dağları ilə yanaşı, türklərin ilk yurdlarından biri olan Altay dağları da bu torpaqlarda yerləşir. Bu gün də bu dağların ətrafında yaşayan icmaların dilləri Mərkəzi Avropadan Sakit Okean sahillərinə qədər dünyanın geniş bir yerində milyonlarla insan tərəfindən türk dili kimi danışılır. Min illərdir ki, fərqli türk tayfalarının Vətəni olan və adını türk tayfası olan sibirlərdən götürən Sibir 18 və 19-cu əsrlərdə Rusiya İmperiyasının hakimiyyəti altına keçib. Orta Asiya kimi, Çar Rusiyası tərəfindən işğal olunmuş bölgəyə zamanla Rusiyanın qərbindən rus dilli olan əhali köçürülüb. Hazırda əksəriyyətinin rus dilində danışdığı burada yakut, tuva, sibir, qazax, çuvaş və qırğız kimi fərqli türk icmaları yaşayır. Lakin bu icmalar əhalinin çoxluğunu təşkil etmir. Bu soyuq yerdə Rus Pravoslav inanclı əhali üstünlük təşkil etsə də, müsəlman və yerli inanclara sahib insanlar da yaşayır. Moskvadan Vladivostoka uzanan Trans-Sibir dəmir yolunun keçdiyi bu ərazi, sərt iqlim şəraitində bu xətt ilə dünyaya bağlanır.

Xatırladaq ki, bölgə əhalisi balıqçılıq və meşə təsərrüfatı fəaliyyətləri ilə də məşğul olur.

 Vüsal Cahanov, “İki sahil”