04 mart 2021 14:43
753

Klopp: O vaxt yalnız Avropa Liqasını təklif edə bilirdik

"Liverpul"un baş məşqçisi Yurgen Klopp bu mövsüm Çempionlar Liqasına düşə bilməyəcəkləri halda klubun qarşılaşacağı problemlərdən danışıb.

"İki sahil"  goal.com-a istinadən xəbər verir ki, 53 yaşlı mütəxəssis belə olacağı təqdirdə transfer bazarında ciddi maneələrlə üzləşəcəklərini deyib: "Çempionlar Liqasına daxil olmağın ən üstün tərəfi maliyyə amilidir. Turnirin özümdə əladır, amma klublar üçün pul əhəmiyyətlidir. Əlbəttə ki, danışıqlar zamanı futbolçuları da ruhlandırmaq istədim. "Liverpul"a gələndə Çempionlar Liqasından təkliflər alan oyunçularla danışıqlar aparırdıq və həmin vaxt onlara yalnız Avropa Liqasını təklif edə bilirdik".

Qeyd edək ki, "Liverpul" hazırda Premyer Liqanın turnir cədvəlində 43 xalla 6-cıdır.