25 aprel 2019 19:18
227

2018-ci ildə dünyada 12 milyon hektar meşə sahəsi məhv olub

Ötən il dünyanın tropik bölgələrində 12 milyon hektar meşə sahəsi məhv olub. Bu isə bir dəqiqədə otuz futbol sahəsi böyüklükdə ərazi deməkdir.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə məlumat meşələrin vəziyyətinə dair məlumat verən "Beynəlxalq Meşə Monitorinqi" təşkilatının hesabatında yer alıb. Hesabatda bildirilir ki, meşələrin məhv olmasının başlıca səbəbləri ticarət və kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan şirkətlərdir. 2018-ci ildə təkcə Braziliyada 1,3 milyon hektar meşə sahəsi məhv olub. Meşələrin ən çox məhvə məruz qaldığı ölkələr Braziliya, Konqo, İndoneziya, Kolumbiya və Boliviyadır. İndoneziyada meşə sahəsi son illərdə qırx faiz azalıb.