02 mart 2021 20:49
753

"SOCAR Turkey" IBM-in bulud texnologiyasından istifadə edəcək

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Türkiyədəki törəmə şirkəti "SOCAR Turkey" öz fəaliyyətini optimallaşdırmaq üçün ABŞ-ın IBM şirkətinin hibrid bulud texnologiyasından istifadə edəcək.

"İki sahil"in məlumatına görə, bu barədə Türkiyə KİV-ləri yazır. Biznesin avtomatlaşması üçün "IBM Cloud Pak" texnologiyasında istifadə etməklə "SOCAR Turkey" sürətləndirilmiş və sadələşdirilmiş daxili proseslərlə rəqəmsal biznes yaratmaq və əməliyyatlarına çeviklik qazandırmaq niyyətindədir.

Qeyd edək ki, rəqəmsal texnologiyalar SOCAR-ın yeni obyektlərində, o cümlədən "SOCAR-Polymer" kompleksinin polipropilen və yüksək təzyiqli polietilen istehsalı zavodlarında, STAR neft emalı zavodunda, eləcə də karbamid zavodunda istifadə olunur. SOCAR kəşfiyyatdan emal prosesinədək bütün əməliyyatlarda rəqəmsallaşma proqramını uğurla tətbiq edir.