01 mart 2021 22:15
672

Ticarət dövriyyəsi artıb

2021-ci ilin yanvarında Türkiyə ilə Azərbaycanın ticarət dövriyyəsi 215,877 milyon dollar təşkil edib ki, bu da ötən ilin yanvarı ilə müqayisədə 65,411 milyon dollar çoxdur.

"İki sahil" xəbər verir ki, bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər. 2021-ci ilin yanvarında Türkiyədən Azərbaycana ixrac 166,057 milyon dollar, Azərbaycandan idxal isə 49,82 milyon dollara bərabər olub. Qeyd edək ki, 2020-ci ildə Türkiyə ilə Azərbaycanın ticarət dövriyyəsi 2019-cu illə müqayisədə 187,296 milyon dollar artaraq 2,221 milyard dollar təşkil edib. İl ərzində Türkiyədən Azərbaycana ixrac 1,855 milyard dollar, Azərbaycandan idxal isə 366 milyon dollara bərabər olub.