01 mart 2021 22:57
663

Mirzəli Mehdiyevin ailəsi ziyarət edilib

YAP Ucar rayon təşkilatının üzvləri Vətən müharibəsi zamanı itkin düşmüş Mirzəli Mehdiyevin ailəsini ziyarət edib

"İki sahil" xəbər verir ki, YAP Ucar rayon təşkilatının nümayəndələri Birinci Qarabağ müharibəsi zamanı, 1994-cü ilin fevral ayında Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə itkin düşmüş Mehdiyev Mirzəli Yəhya oğlunun ailəsini ziyarət edib.

Təşkilat tərəfindən onun ailəsinə maddi yardım göstərilib. Qeyd edək ki, Mirzəli Mehdiyev 22 may 1968-ci ildə Kəlbəcər rayonunun Barmaqbinə kəndində anadan olub.