28 fevral 2021 10:50
912

Arzuxan Əlizadə: Prezident İlham Əliyev həm Ermənistana, həm də onların havadarlarına ciddi mesajlar verdi

"Prezident İlham Əliyevin mətbuat nümayəndələrinə verdiyi  açıqlamalar sözün həqiqi mənasında ölkəmizdə və dünyada çox ciddi  rezonans yaratdı. Xüsusilə, Ermənistana rəhbərlik etmiş Koçaryan və Sakisyanın münaqişənin həll edilməsi üçün real addımlardan uzaqlaşaraq prosesi uzatmaları, hazırda isə məğlub və darmadağın olmuş Ermənistan ordusunun qalıqları içərisindən gülünc açıqlamalar vermələri həqiqətən çox gülüncdür."

Bu fikirləri "İki sahil"ə açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib.

A.Əlizadə qeyd edib ki, məhz Prezident İlham Əliyev bu nüanslara toxunaraq həm Ermənistana, həm də onların havadarlarına mesaj verərək  bildirdi ki,  hər hansı dövlətin arxasında gizlənməklə,  erməni lobbisinin əlində alət olmaqla  Ermənistanı indiki geriyə dönüşü olmayan proselərin axarına buraxdılar: "Əgər onlar vaxtında işğal etdikləri torpaqlarımızı dinc şəkildə qaytarılmasına nail olsaydılar Ermənistan indiki kimi uçurumun dibində olmazdı."

Partiya sədri vurğulayıb ki, artıq bütün dünya gördü ki, məqlub olan təkcə Paşinyan rejimi deyil, eyni zamanda vaxtılə Ermənistanı xunta rejimləri kimi idarə edən  Koçaryan və Sarkisyan kimi cinayətkarlardır. O cinayətkarlar ki, onlar Qarabağda, Xocalıda, Qaradağlıda, Ağdabanda yüzlərlə dinc insanlarlmızı qətlə yetirib soyqırıma məruz qoyublar. İndi biz çalışmalıyıq ki, onları Beynəlxalq Haaqa Məhkəməsi qarşısına çıxaraq və mütləq şəkildə layiq olduqları cəzanı alsınlar. Məğlubiyyətdən sonra bu iki cinayətkar   revanşist çağırışları edərək, törətdikləri cinayətlərin hədəfindən yayınmaq istəyirlər. Biz bu məhkəmələrə müraciət edərək buna mütləq nail olmalıyıq."

Yaqut Ağaşahqızı, "İki sahil"