28 fevral 2020 13:59
1674

2 saat yüklənən enerji ilə 200 kilometr gedir - FOTO

Gecə-gündüz işlədilər və 1 ildə bunu etdilər!

“İki sahil” xəbər verir ki, Türkiyənin Süleyman Dəmirəl Universitetinin (SDU) tələbələri tərəfindən 2 il əvvəl başlanan layihə çərçivəsində elektrik, kompyuter və texnologiya kafedralarında təhsil alan 35 tələbə gecə-gündüz işləyərək alternativ yanacaqla (elektrik) işləyən yarış avtomobili hazırladılar.

Layihə müddəti 9 ay, istehsal müddəti 3 ay davam edən elektrikli nəqliyyat vasitəsinə “Gecə gündüz” adı verildi.

Xaricdən karbon lifi ilə gücləndirilən “Gecə Gündüz” fərqli rəngi və xüsusiyyətləri ilə Antaliyada ENEREX Enerji Səmərəliliyi və Çevrilmə Sərgisində diqqət mərkəzinə olub.

110 kiloqram ağırlığında olan nəqliyyat vasitəsi 2 saatlıq enerji yüklənməsi ilə 200 kilometrə qədər birbaşa məsafə qət edə bilir və sürəti saatda 124 kilometrə qədərdir.

“Gecə Gündüz” Türkiyə Elmi və Texnoloji Araşdırma Təşkilatının (TÜBİTAK) təşkil etdiyi “Alternativ Enerjili Avtomobil Yarışları”na qatılaraq iki dəfə Türkiyə 5-ciliyi əldə edib.

Antalyada təşkil edilən enerji sərgisində iştirak edən fizik Hidayet Yıldız şagirdlərin səylərini xüsusi qeyd edib: “Tələbələrimiz gecə-gündüz səylərini nümayiş etdirdikləri üçün nəqliyyat vasitəsinə “Gecə Gündüz” adlandırılıb. Batareya tutumu 2 saatlıq yükləməyə 200 kilometrə qədər məsafə qət edə bilər. Ümumiyyətlə yarışlar isə 65-70 kilometr olur. Şəxsən nəqliyyat vasitəsində gördüyüm maksimal sürət 124 kilometrdir. Boyası baxdığınız hər cəhətdən fərqli bir rəngdə görünür. Antalya və İsparta arasındakı yolu maksimum 4.5 lirə sərfiyyatla gedib qayıtmaq olar.”