23 fevral 2021 14:26
494

Əli Xamneyi: İran istəsə, uranı 60 faiz də zənginləşdirə bilər

İran istədiyi zaman uranı nəinki 20 faiz, eləcə də 60 faizə qədər zənginləşdirə bilər. Lakin İranın nüvə silahı hazırlamaq istəyi yoxdur.

"İki sahil" xəbər verir ki, bu sözləri İranın Ali Rəhbəri Ayətullah Əli Xamneyi deyib.

O bildirib ki, İran cəhd edərsə, nüvə silahı yarada bilər. Lakin İslam dini kütləvi qırğın silahlarını qadağan edir və biz də dinimizin qaydalarına riayət edərək bu silahı hazırlamaq niyyətində deyilik. İran uranı elmi və tibbi məqsədlər üçün zənginləşdirir. Onun fikrincə, sanksiyalar aradan qaldırılmadan heç bir danışıqlardan söhbət gedə bilməz.

İranla “nüvə sazişi” imzalayan heç bir Qərb dövləti üzərinə düşən öhdəliyi yerinə yetirmədi. Lakin bunu İrandan tələb etmək qanunsuzluq və ədalətsizlikdir.