23 fevral 2021 13:35
572

Vətən müharibəsində Naxçıvanski adına Hərbi Liseyin 60 nəfərlik zabit heyəti iştirak edib

Vətən müharibəsində C.Naxçıvanski adına Hərbi Liseyin 60 nəfərlik zabit heyəti iştirak edib.

"İki sahil" xəbər verir ki, bu fikri jurnalistlərə açıqlamasında C.Naxçıvanski adına Hərbi Liseyin rəisi general-mayor Bəkir Orucov deyib. O qeyd edib ki, 44 günlük müharibədə liseyin mayoru şəhid olub: “Sentyabrın 27-də başlamış Vətən müharibəsində Hərbi Liseyin 60 nəfərlik zabit heyəti döyüş əməliyyatlarında iştirak edib. Onlardan 3 nəfəri yaralanıb, 1 nəfər zabitimiz mayor Asiman Əliyev isə şəhid olub. Liseyin məzunlarından 18 nəfəri Vətən Müharibəsi Qəhrəmanı adı, 100-lərlə məzun olan zabitlərimiz isə orden və medallarla təltif olunub”.