23 fevral 2021 13:26
564

Qazi Şahin Səfərov: Həkimə dedim ki, qolumu sizə əmanət edirəm - VİDEO

Vətən müharibəsində şücaətlə döyüşərək yaralanan qazilərimizdən biri də Şahin Şəmsəddin oğlu Səfərovdur. 1989-cu ildə Zaqatala rayonunun  Gözbarax kəndində dünyaya göz açan qazi “İki sahil”ə müsahibə verib.

O, xəstəxanada olarkən qolunun kəsiləcəyindən narahat olduğu üçün əməliyyatdan öncə həkimlə söhbət edib: “Yaxınımıza düşən minamyot nəticəsində qolum çiyin nahiyəmdən ağır yaralandım. Təcili xəstəxanaya gətirildim. Vəziyyətim çox pis idi, elə bildim qolumu kəsəcəklər. Buna görə də əməliyyat həkimi ilə danışdım. Barmaqlarımı tərpədə bildiyimi dedikdən sonra qolumu həkimə əmanət etdim. Sağ olsun, həkim də əlindən gələni edərək qolumu amputasiya etmədi.”

Taleh Bağırov, “İki sahil”