23 fevral 2021 13:17
512

Hindular “Jeep” şirkətindən “Cherokee” adını yığışdırmağı tələb edir

Hindu tayfalarının bir qolu olan çerokilər “Jeep” avtomobil şirkətindən öz xalqlarının adını daşıyan avtomobilləri yığışdırmağı tələb ediblər. Onların lideri Cak Xoskin ticarət markası kimi “Cherokee” adının ləğv ediməsini, yerli amerikalıların xətrinə bu addan imtina edilməli olduğunu bildirib. “Adımızın avtomobilin bortunda yazılması bizə şərəf vermir”, -deyə Xoskin bütün çerokilərin adından vurğulayıb.

Şirkətin nümayəndələri cavab olaraq, Hoskinə Amerikanın yerli xalqlarına öz nəcibliklərinə, şücaətlərinə və qürurlarına görə hörmət və ehtiramla yanaşdıqlarını bildiriblər.

Xatırladaq ki, “Jeep Cherokee” avtomobili 1974-cü ildən bəri müxtəlif versiyalarda istehsal olunur.

Nubar Süleymanova, “İki sahil”