23 fevral 2021 12:54
519

Banklar dollar alışını yenidən artırdılar

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

"İki sahil"in AMB-yə istinadən xəbər verir ki,  hərracda tələb 58,3 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib.

Bununla da tələb 18 fevral 2021-ci il tarixində keçirilən hərracla müqayisədə  11,4 milyon dollar və ya  24,3 faiz  artıb.