26 noyabr 2020 15:25
292

19 koronavirus xəstəsinə cinayət işi başlanıldı

Xüsusi karantin rejimi qaydalarına zidd olaraq, virusa yoluxmuş şəxslərə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerlərini tərk etməsi halları müşahidə olunur.

Daxili İşlər Nazirliyin (DİN) Mətbuat Xidmətindən "İki sahil"ə verilən məlumata görə, noyabrın 25-də polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən karantin postlarında 19 COVID-19 xəstəsinin digər şəxslərin sağlamlığını təhlükə qarşısında qoyaraq sərbəst hərəkət etmələri müəyyən olunub və görülmüş tədbirlərlə onlardan 18-i evə qaytarılıb, 1-i isə xəstəxanaya yerləşdirilib.

Qanunvericiliyə uyğun olaraq bu şəxslər barəsində cinayət işi başlanılıb.