25 aprel 2019 16:29
133

1600-dən çox silah-sursatın olduğu anbar aşkarlanıb

Ukraynada İkinci Dünya müharibəsinə aid 1600-dən çox silah-sursatın olduğu anbar aşkarlanıb

Ukraynanın Nikolayev vilayətində İkinci Dünya müharibəsinə aid 1622 silah-sursatın olduğu anbarı aşkarlanıb. AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

Məlumata görə, metal məmulatlarının axtarışı zamanı ilkin olaraq 82 mm kalibrli mina tapılıb. Dərhal müvafiq qurumlara müraciət edilib. Ərazilər xüsusi texnikalarla yoxlandıqdan sonra İkinci Dünya müharibəsi dövrünə aid külli miqdarda silah-sursat aşkarlanıb.