07 yanvar 2019 15:54
2012

Qazaxda ekskavator snayperdən atəşə tutulub - FOTO

Qazax və Ağstafa rayonları ərazisində düşmənlə təmas xəttində xidməti-döyüş fəaliyyətini həyata keçirən sərhəd döyüş məntəqələri istiqamətində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması halları davam etməkdədir.

“İki sahil”in məlumatına görə, Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumatında qeyd edilir ki, yanvar ayının əvvəlindən hal-hazıradək Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin sərhəd döyüş məntəqələri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən 81 dəfə atəşə tutulub.

06 yanvar tarixində saat 15:35 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələrindən Qazax rayonunun Kəmərli kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinə doğru 7,62 mm çaplı “SVD” snayper silahından açılmış atəş nəticəsində güllə dövlət sərhəd xəttindən 450 metr məsafədə mühəndis işləri aparan, mülki şəxs tərəfindən idarə olunan ekskovatorun çalovuna dəyib və kabinasının sağ şüşəsini sındırıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.